📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxda delimitasiya ilə bağlı görüş keçirildi - Yenilənib

2023-11-30 16:42:03

Qazaxda delimitasiya ilə bağlı görüş keçirildi - Yenilənib

Azərbaycan XİN də görüşlə bağlı məlumat yayıb.

Bildirilib ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.

Tərəflər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.

Tərəflər, həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

***

Baş nazirlərin müavinlərinin görüşü başa çatıb. Görüş 3 saat davam edib.

***

Mqer Qriqoryanın Ofisindən “Sputnik Ermənistan”a bildirilib ki, görüş artıq başlayıb.

***

Azərbaycanın Qazax rayonunun Ermənistanın İcevan rayonu ilə sərhədində delimitasiya komissiyasının iclası keçirilir.

Hurriyyet.az xəbər verir ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev görüşün keçiriləcəyi məntəqəyə yollanıb.

Ermənistanı görüşdə bu ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan təmsil edir.

qafqazinfo.az