📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxda hərbçi özünü güllələdi

2022-12-01 13:07:00

Qazaxda hərbçi özünü güllələdi

Noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünə xəsarət yetirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçuya ilkin tibbi yardım göstərildikdən dərhal sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, oradan isə Gəncə Mərkəzi Klinikasına köçürülüb, müalicəsinə ixtisaslaşmış və peşəkar həkimlər cəlb olunub.
Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edilib ki, faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.