📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxda iki kişi bıçaqlandı, saxlanılan var

2026-11-22 15:47:54

Qazaxda iki kişi bıçaqlandı, saxlanılan var

Qazaxda iki nəfər bıçaq xəsarəti alıb.

Modern.az  bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakinləri, 30 yaşlı N. Mustafayev və C. Kazımov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxsə tibbi yardım göstərilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Polisin keçirdiyi tədbirlər nəticəsində N. Mustafayev və C. Kazımova kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.