📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxda yük maşını yandı - Video

2026-10-24 12:29:41

Qazaxda yük maşını yandı - Video

Bakı-Qazax magistral yolunun Qazax rayonundan keçən hissəsində avtomobildə yanğın baş verib.

Hurriyyet.net xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1994-cü il təvəllüdlü Mehdiyev Nəsrəddin Səfər oğluna məxsus "DAF" markalı yük avtomobilinin kabinası və ön təkərləri yanıb.

Xəsarət alan olmayıb.

Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.