Qazaxda zəncirvari avtomobil qəzası, xəsarət alanlar var
2022-03-26 23:47:00
Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Üç avtomobilin iştirakı ilə başvermiş zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 3 nəfərin xəsarət alıb və xəstəxanaya aparılıblar.
Xəsarət alanlar. Ş 2004-cü il təvəllüdlü S.Abbasova, 1966-cı il təvəllüdlü M.Abbasova və 1971-ci il təvəllüdlü R.Abbasovdur. Onlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırmalara başlanılıb. \\Sfera.az