📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxın 7 kəndi və Kərki kəndi delimitasiya prosesinin tələbinə uyğun aparılacaq

2022-05-10 11:41:00

Qazaxın 7 kəndi və Kərki kəndi delimitasiya prosesinin tələbinə uyğun aparılacaq

Qazax rayonunun 7 kəndinin və Kərki kəndinin geri qaytarılması delimitasiya prosesinin tələbinə uyğun olaraq həyata keçiriləcək. Bu ərazilərin Azərbaycana qaytarılması ilə bağlı məsələ davam edən danışıqlar nəticəsində həllini tapacaq. Bu barədə Azərbaycan XİN nazirinin müavini Xələf Xələfov mətbuata açıqlama verib.
"Brüssel görüşündən sonra Ermənistan tərəfinin sülh sazişi və delimitasiya prosesinə başlamağa razı olduğu güman edilir. Sülh danışıqları Azərbaycanın 5 bəndlik təklifləri əsasında aparılacaq", deyə nazir müavini əlavə edib.

Ülviyyə, Hurriyyet.az