📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan Aral hövzəsində neft-qaz ehtiyatları olan 20 sahə müəyyən edib

2026-02-13 15:25:29

Qazaxıstan Aral hövzəsində neft-qaz ehtiyatları olan 20 sahə müəyyən edib

Qazaxıstanda geoloji tədqiqat işləri beynəlxalq standartlara uyğun olaraq yeni mərhələyə keçib. Ölkə ərazisinin tədqiqat miqyasının 2,2 milyon kvadrat kilometrədək genişləndirilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və Tikinti Nazirliyinin Geologiya Komitəsinin sədri Kanat Yerubayev məlumat verib.

O bildirib ki, 2025-ci ildə axtarış işləri üçün 29 potensial sahə müəyyənləşdirilib. Bu sahələrə qızıl, mis, qurğuşun, sink və digər faydalı qazıntılar daxildir.

“Aral hövzəsində də aparılan tədqiqatlar geoloji quruluşun dəqiqləşdirilməsi, yeni elementlər və ehtimal olunan neft-qaz ehtiyatlarının qiymətləndirilməsinə imkan verib. Neft-qaz ehtiyatları olan 20-dən çox sahə müəyyən edilib”, - Yerubayev əlavə edib.