Qazaxıstan Astana-İrəvan uçuşlarını işə salmağı planlaşdırıb
Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Qazaxıstan Astanada İrəvana təyyarə reyslərini işə salmaq niyyətindədir. Bu barədə açıqlamanı Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında verib.
Nurtleu deyib: "Hazırda ticari-iqtisadi proqramlarımızın inkişafına davam etməklə yanaşı, erməni-qazax biznes şurasının yaradılması məsələsini müzakirə edirik. Onun sözlərinə görə, bu sahədə, həmçinin investisiya sahəsində iki ölkənin böyük imkanları var. Qazaxıstanın XİN rəhbəri qeyd edib ki, Qazaxıstandan Ermənistana ixrac 23% artıb. Ötən il bu rəqəm 53 milyon dollara bərabər olsa da, potensial xeyli yüksəkdir".
Nazir hazırda movcud olan İrəvan-Aktau reysləri ilə yanaşı, Astanadan da aviauçuşlar açmaq niyyətində olduqlarını bildirib. O, iki ölkənin xarici işlər nazirliklərinin 2024-2025-ci illərdə əməkdaşlıq planını imzaladıqlarını da qeyd edib.
Hürr Tərcüman