Qazaxıstan Astana qapısını bağladı, Suriya danışıqları üçün yeni məkan axtarılır
2023-06-22 11:50:00
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidentinin Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentyev Rusiya mətbuatına müsahibəsində Moskva, Ankara və Tehranın Suriya danışıqları üçün Astana əvəzinə öz meydanlarından istifadə edə biləcəklərini qeyd edib.
Lavrentyev başqa ölkələrdə də danışıq aparmağın mümkün olduğunu söyləyib.
Xəbər verdiyimi kimi, Qazaxıstan XİN ölkə paytaxtında Suriya ilə bağlı 20-ci görüşün Astana prosesinin axırıncı görüşü olmasını təklif edib.
Hürr Tərcüman