Qazaxıstan-Azərbaycan mədəni əlaqələri inkişaf edir
2023-12-01 17:02:10
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, 2024-cü ildə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva Azərbaycanın Astanadakı səfiri Ağalar Atamoğlanovla görüşü zamanı bu barədə açıqlama verib.
Qeyd edək ki, Azərbaycanda 2-5 dekabr tarixlərində Qazaxıstan Mədəniyyəti Günləri keçiriləcək.
Hürr Tərcüman