📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan Azərbaycan vasitəsilə Avropaya yaşıl enerji ixrac edəcək

2024-07-23 13:51:00

Qazaxıstan Azərbaycan vasitəsilə Avropaya yaşıl enerji ixrac edəcək

Azərbaycan və Qazaxıstan Qazaxıstanın “yaşıl” enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya ixracı üzrə birgə layihə hazırlayır. Bunu Qazaxıstanın Bakıdakı səfiri Bayel Azərbaycan-Qazaxıstan turizm forumunda deyib.

O, iki ölkə arasında ticarət və enerji sahəsində sıx iqtisadi əməkdaşlığı qeyd edib, onun inkişafında Orta Dəhlizin əhəmiyyətini də vurğulayıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (“Orta Dəhliz”) Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanır.

Ülviyyə, Hurriyyet.az