📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan Azərbaycanın İrandakı səfirliyinə hücumu qınadı

2023-01-27 23:19:00

Qazaxıstan Azərbaycanın İrandakı səfirliyinə hücumu qınadı

Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

Qazaxıstan XİN-in açıqlamasında deyilir: “Bu gün Tehranda baş vermiş, diplomatik nümayəndəliyin üzvlərinin ölümünə və yaralanmasına səbəb olan silahlı hücumu pisləyirik. Qazaxıstan diplomatik missiyalara və onların nümayəndələrinə qarşı istənilən zorakılıq və təcavüz aktlarını qəbuledilməz hesab edir. Hesab edirik ki, bu cür hücumlar beynəlxalq hüququn prinsiplərini və normalarını pozur və ümumi mühakimə oyekti olmalıdır. Qardaş Azərbaycan xalqına, həmçinin, həlak olmuş Azərbaycan vətəndaşı Orxan əsgərovun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını diləyirik”.

Qazaxıstan XİN cinayətlə bağlı dərin araşdırma aparılmasının zərururətini də qeyd ediblər: “İran islam Respublikasının səlahiyyətli orqanlarının hərtərəfli araşdırma aparacaqlarına və bu hücumu törədən şəxslərə qarşı müvafiq tədbirlər görəcəklərinə inanırıq”.

Hürr Tərcüman