📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan BRİKS ilə əməkdaşlıq edəcəkmi? Tokayev mövqeyini açıqladı

2024-10-24 17:15:50

Qazaxıstan BRİKS ilə əməkdaşlıq edəcəkmi? Tokayev mövqeyini açıqladı

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Qazaxıstan BRİKS təşkilatı ilə işləməyə hazırdır. 
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BRİKS təşkilatının nəhəng potensiala malik olduğunu, Astananın birliyin hər bir üzvü ilə həqiqi dostluq münasibətlərində olduğunu, əməkdaşlıq və təhlükəsizliyi möhkəmləndirmək üçün əməkdaşlıq etmək niyyətində olduğunu bəyan edib. 
O, BRİKS-in müxtəlif qitələrdən olan dövlətləri birləşdirdiyini, həmrəyliyi möhkəmləndirdiyini və ortaq imkanlardan bütün iştirakçıların faydalandığını qeyd edib. Tokayev BRİKS-in Kazan sammitinin tarixə daha ədalətli dünya yolunda mühüm addım kimi daxil olacağına inandığını bildirib.
Hürr Tərcüman