📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan bu bölgəyə qoşun göndərir

2026-02-19 22:39:45

Qazaxıstan bu bölgəyə qoşun göndərir

Qəzza zolağındakı beynəlxalq sabitləşdirici qüvvələrin (ISF) hərbi kontingentinin formalaşdırılması üçün Albaniya, İndoneziya, Qazaxıstan, Kosovo və Mərakeş hərbi qulluqçular ayıracaq.

Hurriyyet.org xəbər verir ki, bu barədə sözügedən qüvvələrin komandanı general-mayor Casper Ceffers məlumat verib.

"Planımız ondan ibarətdir ki, ISF qüvvələri beş müxtəlif sektora bölünsün və hər birinə bir ISF briqadası təhkim edilsin. Qısamüddətli perspektivdə biz, polisin təlimi ilə yanaşı, qüvvələri ilk olaraq Rəfah sektorunda yerləşdirməyi planlaşdırırıq. Ortamüddətli məqsəd isə mövcudluğumuzu sektor boyu genişləndirərək uzunmüddətli hədəfimizə — 12 min polis və 20 min ISF əsgərinə çatmaqdır", — deyə Ceffers bildirib.

İlk iclasın iştirakçıları arasında Azərbaycan, Türkiyə, Ermənistan, Misir, Pakistan, BƏƏ, Argentina, İndoneziya liderləri də daxil olmaqla, ümumilikdə 20-yə yaxın ölkə təmsil olunub.

Dəvət olunmuş Rusiya Prezidenti Vladimir Putin, habelə Belarus və Çin liderləri Aleksandr Lukaşenko və Si Cinpin görüşdə iştirak etməyiblər.