📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan FHN: Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib

2024-12-25 12:38:53

Qazaxıstan FHN: Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib

Aktau yaxınlığında təyyarə qəzasından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.

Hurriyyet.az xəbər verir ki, Qazaxıstan FHN məlumatı təsdiqləyib.

Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub.

"Yaralılar haqqında məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22 nəfər xəstəxanaya yerləşdirilib", - qurum bildirir.

Ümumilikdə dispetçer xidməti, qeyri-dövlət yanğınsöndürmə xidməti və polis departamentinin 150 nəfər şəxsi heyəti və 45 texnikası cəlb edilib.

Sərnişinlərin siyahısı dəqiqləşdirilir.

Report.az