📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan MN Ermənistanın KTMT-nin təlimlərində iştirakdan imtina etdiyini təsdiqləyib - YENİLƏNİB

2022-09-27 15:39:00

Qazaxıstan MN Ermənistanın KTMT-nin təlimlərində iştirakdan imtina etdiyini təsdiqləyib - YENİLƏNİB

Qazaxıstan Müdafiə Nazirliyi (MN) Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkədə keçiriləcək təlimlərində iştirakdan imtina etdiyini rəsmi şəkildə təsdiqləyib.

Bu barədə “Sputnik Kazakhstan” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Ermənistan Müdafiə Nazirliyindən KTMT-nin təlimlərində iştirak etməməklə bağlı qərarına dair rəsmi məlumat almışıq. Təsdiqləyirik”, - qeyd olunub.

26 sentyabr

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

Qeyd edək ki, Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılıb. (APA)