Qazaxıstan öz neftini Bakı-Tbilisi-Ceyhan xətti ilə ixrac eləməyə hazırlaşır – Rusiyadan yan keçəcək
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Qazxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixrac eləməyə hazırlaşır.
“Röyters” agentliyi xəbər verir ki, Qazaxıstan neft ixrac marşrutlarını şaxələndirməyə və alternativ yollar axtarmağa çalışdığı üçün sentyabr ayından etibarən öz xam neftinin bir hissəsini Azərbaycanın ən böyük neft kəməri vasitəsilə satmağı planlaşdır.
Qazaxıstandan neft ixracı dünya neft tədarükünün 1%-dən çoxunu təşkil edir – bu, təqribən sutkada 1,4 milyon barrelə bərabərdir.
Qeyd edilir ki, “Kazmunayqaz” dövlət neft şirkəti Azərbaycanın boru kəməri vasitəsi ilə ildə 1,5 milyon ton neft ixrac eləmək üçün artıq Azərbaycanın SOCAR dövlət neft şirkəti ilə danışıq aparır – həmin neftin Türkiyənin Ceyhan limanına daşınması nəzərdə tutulur.
Agentliyə məlumat verən mənbə müqavilənin avqustun axırında imzalanacağını, Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsi ilə neftin ixracının bir aydan sonra başlanacağını xəbər verib. Onun sözlərinə görə, 2023-cü ildən etibarən ildə daha 2,3 milyon ton neft Azərbaycanın başqa bir neft kəməri ilə Gürcüstandakı Supsa limanına çatdırıla bilər.
Qeyd edilir ki, saziş Qazaxıstana Rusiya ərazisindən yan keçməyə imkan verəcək. İyul ayında BP Azerbaijan şirkəti Bakı-Supsa boru kəmərindən keçən axını daha böyük BTC boru kəmərinə yönləndirəcəyini bildirmişdi. Bununla belə, yeni BTC marşrutu o deməkdir ki, Qazaxıstan ehtiyat imkanları məhdud olan Aktaudan Bakıya neft daşımaq üçün kiçik tankerlərdən ibarət, məhdud ehtiyat imkanlarına malik donanmaya etibar etməli olacaq.
Hürr Tərcüman