📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan prezidenti: Mərkəzi Asiya ölkələri hərbi müstəvidə birləşməlidirlər

2024-08-09 15:47:49

Qazaxıstan prezidenti: Mərkəzi Asiya ölkələri hərbi müstəvidə birləşməlidirlər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, Mərkəzi Asiya dövlətlərinin müdafiə siyasəti sahəsində birləşməyə ehtiyacı var.

"Mərkəzi Asiyanın perimetri boyunca davam edən çətin hərbi-siyasi vəziyyət fonunda müdafiə siyasəti və təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac var. Regional təhlükəsizlik arxitekturasının yaradılması, o cümlədən Mərkəzi Asiya üçün təhlükəsizlik riskləri kataloqunun hazırlanması və onların qarşısının alınması tədbirləri xüsusi aktuallıq kəsb edir. Region dövlətlərinin əsas prioritetləri Mərkəzi Asiyada bölünməz təhlükəsizlik məkanının formalaşdırılması, ənənəvi və yeni təhdidlərə qarşı mübarizədə əsas məsələlərin həllinə kompleks yanaşmaların axtarışı, cavab tədbirləri və qarşısının alınması tədbirlərinin hazırlanması, habelə bu sahədə BMT və digər beynəlxalq və regional təşkilatlarla fəal qarşılıqlı əlaqə hesab olunur" - deyə Tokayevin “Mərkəzi Asiyanın İntibahı: davamlı inkişafa və çiçəklənməyə doğru” məqaləsində deyilir.

Ülviyyə, Hurriyyet.az