📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan Prezidenti Rəcəb Tayyib Ərdoğanı ordenlə təltif edib

2022-10-12 18:56:00

Qazaxıstan Prezidenti Rəcəb Tayyib Ərdoğanı ordenlə təltif edib

Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hazırda Astanada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı I dərəcəli “Dostık” (“Dostluk”) ordeni ilə təltif edib.  

Ordeninin təqdim edilməsi mərasimində çıxış edən Tokayev Türkiyə Prezidentini ölkəsini irəli aparan həqiqi lider adlandırıb: “Sizin konstruktiv siyasətiniz nəticəsində Türkiyəin dünyadakı nüfuzu yüksəlib. Bütün beynəlxalq ictimaiyyət Sizin ölkənizə inkişaf eləmiş dövlət kimi hörmət edir. Türkiyə - qədim zamanlardan bizimlə ümumi kökləri olan bir ölkədir. Siz Qazaxıstanın yaxın və etibarlı strateji tərəfdaşısınız”.

Tokayev R.T.Ərdoğanın iki xalqın qardaşlıq tellərinə mühüm töhfə verdiyini söyləyib: “Mən bu töfhəni yüksək qiymətləndirirəm. Siz bizim qardaş ölkələrimizin ümumi maraqlar naminə yaxınlaşması yolunda yorulmadan səy göstərirsiniz.  Əvvəllər Şura kimi yaradılmış Türk Dövlətləri Təşkilatı indi əsl təşkilata çevrilib. Bundan savayı, Sizin sülh səylərinizi xüsusi qeyd eləmək istəyirəm. Biz Sizin dünya böhranlarının və regional problemlərin həlli yolundakı təşəbbüslərinizi dəstəkləyirik”.

Hürr Tərcüman