📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

2022-08-24 20:31:00

Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 24-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar. 

 

Hurriyyet.az