📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qazaxıstan rus ölkəsidir” deyən şəxs həbs edilib

2026-11-04 21:13:47

“Qazaxıstan rus ölkəsidir” deyən şəxs həbs edilib

Qazaxıstanın Almatı şəhərində supermarketdə mühafizəçi ilə qalmaqal yaradan və “Qazaxıstan rus ölkəsidir” deyən şəxs 20 sutka inzibati həbsə məhkum edilib.

Modern.az “NewTimes.kz”ə istinadən xəbər verir ki, hadisə mühafizəçinin əlində enerji içkisi olan alıcıdan qəbz istəməsi ilə başlayıb. Kişi qəbzi göstərməkdən imtina edərək mübahisə yaradıb və aqressiv ifadələr səsləndirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra bəzi istifadəçilər onun Rusiya vətəndaşı olduğunu düşünsələr də, Almatı polisi həmin şəxsin 40 yaşlı yerli sakin və Qazaxıstan vətəndaşı olduğunu açıqlayıb.

Məhkəmənin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası təyin olunub.