Qazaxıstan Rusiya taxılının idxalının qadağan müddətini uzatdı
2023-08-11 19:46:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Qazaxıstan Rusiyadan quru və dəmir yolu ilə qanunsuz taxıl idxalının qarşısını almaq üçün tətbiq elədiyi qadağanın müddətini əlavə olaraq 6 aylığa uzadıb. Bu barədə məlumat Qazaxıstanın Ticarət və İnteqrasiya Naziriliyinin açıqlamasında verilib.
Qazaxıstan mətbuatının yazdığına görə, qaçaqmal yolu ilə ölkəyə gətirilən Rusiya taxılı Özbəkistan, Əfqanıstan və Tacikistan başda olmaqla üçüncü ölkələrə ucuz qiymətə satılıb. Bu vəziyyət Rusiya kimi taxıl ixracatçısı olan Qazaxıstanın yerli istehsalına və daxili bazarına mənfi təsir göstərərək iqtisadiyyata zərər verdiyi üçün qadağan tətbiq edilib.
Hürr Tərcüman