📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan Rusiyanın aldığı dronları müsadirə edib hərraca çıxardı

2023-06-09 15:08:00

Qazaxıstan Rusiyanın aldığı dronları müsadirə edib hərraca çıxardı

Hurriyyet.az xəbər verir ki, Qazaxıstan bu ilin fevral ayında ölkə ərazisindən keçirilməklə qanunsuz yolla Qırğızıstandan Rusiyaya aparılarkən müsadirə edilmiş 14 ədəd DJI AgrasT30 dronlarını hərraca çıxarıb.

Bu barədə Qazaxıstanın “Orda” nəşri məlumat yayıb.  Elanda həmin dronların Qazaxıstanın dövlət müəssisələrindən birinin balansına keçirildiyi bildirilir.

Qazaxıstanın gömrük xidmətinin məlmatına gör, Qırğızıstanın “İmpuls-İnvest” şirkətinin bu cür malların satışı üçün lisenziyası olmayıb.

Dronların sifarişçisi – Rusiyanın “Nova” tikinti şirkətidir. “İmpuls-İnvest” isə cərimələnib və dronlar müsadirə edilərək Qazaxıstan hökumətinin əmlakına çevrilib.

Hürr Tərcüman