Qazaxıstan Rusiyanın “Sputnik V” peyvəndinin istehsalından imtina etdi
2022-07-22 23:49:00
Qazaxıstan Rusiyanın “Sputnik V” adlı koronavirus peyvəndinin istehsalını dayandırıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi yanında Dərman Siyasəti İdarəsinin rəhbəri Bauırjan Cusipova məlumat verib.
O qeyd edib ki, hazırda respublika Rusiya dərmanının yeni partiyalarına ehtiyac hiss etmir.
Onun sözlərinə görə, eyni zamanda ölkə özünün “QazVac” vaksinin istehsalını artırır.
Cusipov həmçinin bildirib ki, Qazaxıstan hazırda ABŞ-ın “Pfizer” vaksininin yeni partiyasının alınması ilə bağlı danışıqlar aparır.