📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan Ukraynadakı vətəndaşlarına çağırış etdi

2024-09-06 00:39:59

Qazaxıstan Ukraynadakı vətəndaşlarına çağırış etdi

Qazaxıstanın Ukraynadakı səfirliyi vətəndaşlarına təhlükəsizlik baxımından ölkəni tərk etməyi tövsiyə edib.

Bu haqda səfirliyin saytında bildirilib.

“Gərginliyin artması və təhlükəsizlik səbəbi ilə Qazaxıstanın Ukraynadakı səfirliyi Qazaxıstan vətəndaşlarına Ukrayna ərazisini tərk etmək barədə düşünməyi tövsiyə edir”, – məlumatda deyilir.

Qazaxıstan hakimiyyəti qeyd edib ki, vətəndaşlar Ukraynanı tərk etmək üçün quru yollardan istifadə edə bilərlər.

Bundan əlavə, səfirlik hava hücumu xəbərdarlığına məhəl qoymamağa, təhlükəsizlik tədbirlərinə riayət etməyə və səlahiyyətlilərin tövsiyələrinə əməl etməyə çağırır. \\Ölkə.az