"Qazaxıstan üsyanı postsovet məkanını sirkələyəcək" - XAQANİ CƏFƏRLİ
"Bunun daha ciddi təsirləri bir neçə aydan, çox güman ki, aprel-may aylarından başlayaraq daha aydın hiss ediləcək, ilk şüar isə Rusiya qarşı yönələcək"
"Qazaxıstan tarixinə "Dekabr üsyanı" kimi düşən 17-18 dekbar 1986-cı il Alma-Ata hadiəsləri SSRİ-nin digər milli respublikalarında silsilə tətillərə start verən ilk kütləvi mitinq kimi də tarixə düşüb. Bir çox təhlilçilər hesab edir ki, Mixail Qorbaçovun Sovet İttifaqında başlatdığı “Yenidənqurma”nın uğursuz olmasına, proseslərin fərqli istiqamətə yönəlməsinə təsir göstərən ilk hadisə “Dekabr üsyanı”n olmuşdur". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.
Politoloq hesab edir ki, Qazaxıstanda yanvarın 2-dən başlayan hadisələrin də yenə bütün postsovet məkanında ciddi təsirləri olacaq: "Hətta artıq təsir göstərdiyini söyləmək olar. Rusiya müxalifətinin qazaxların qətiyyətli etiraz hərəkətindən yeni nəfəs almış kimi görünür. Eyni sözləri postosvet ölkələrinin hər birinindəki müxalifət haqqında demək olar. Belarus müxalifətinin liderlərindən biri Pavel Latuşko belə yazır: “Qazaxıstanda baş verən hadisələr göstərir ki, dəyişiklik prosesini dayandırmaq mümkün deyil”. Rusiya müxalifətinin bütün cinahlarını təmsil edən önəmli simalar Qazaxıstanda baş verən hadisənin beynəlxalq hüquqa uyğun olduğunu əsaslandırmağa çalşır, Rusiya cəmiyyətinin də bu yolla getməsini təklif edirlər. Digər respublikalarda da müxalifət səsini daha ucadan duyurmağa başlayıb. Gürcü müxalifətinin liderlərindən biri Mamuka Xazaradze parlament sədrinin istefasını şərh edərkən belə deyib: “Bu azadlığın dadının unudulduğu, seçkilərdə səslərin satıldığı, ədalətli məhkəmənin olmadığı, vətəndaş cəmiyyətinin susdurulduğu, bütün hakimiyyət institutlarının bir nəfər tərəfindən oğurlandığı ölkədə baş verir”. “Lelo” partiyasının sədri soydaşlarını mübarizə aparmağa çağırıb: “Bu çılğınlığa son qoymaq və əsl gürcü demokratik dövləti qurmaq üçün mübarizəyə başalyın"".
Xaqani Cəfərli qeyd edib ki, Qazaxıstan hadisələrinin Azərbaycana da təsiri açıq hiss olunur: "Sosial şəbəkələrin kiçik monotorinqi göstərir ki, hakimiyyətin loyal müxalifət layihəsi artıq uğursuzluğa uğrayıb. Çox böyük ehtimalla, iqtidar bu layihədən imtina edəcək. Çünki Xəzərin o tayında baş verən hadisələrlə bağlı informasiya selinin loyal müxalifəti bir anda zərərsizləşdirdi. Deməli, loyal müxalifət ekstremal vəziyyət üçün yararsızdır. Ekstremal vəziyyət üçün yararsız olan iqtidarın nəyinə gərəkdir? Sakit dövrdə bu qüvvələrə zatən ehtiyac yoxdur. Qazaxıstan üsyanı postsovet məkanına daha ciddi təsirləri bir neçə aydan, çox güman ki, aprel-may aylarından başlayaraq daha aydın hiss ediləcək. İlk şüar isə Rusiya qarşı yönələcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az