Qazaxıstan və Çin Ayda baza tikəcək
2024-08-06 12:23:07
Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyi Çinlə birgə Ayda tədqiqat bazasının tikintisinə dair memorandum imzalayıb. Memorandumun əsas məqsədi Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması və istismarı prosesində əməkdaşlıqdır. Müqavilə birgə tədqiqatların aparılması, təcrübə və bilik mübadiləsi, eləcə də kosmik texnologiya və elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi daxildir.
Beynəlxalq Elmi Ay Stansiyası geniş spektrli elmi işlərin aparılması üçün Ayda eksperimental və tədqiqat obyektləri kompleksinin yaradılması üzrə Rusiya-Çin layihəsidir. Rusiya Federasiyası və Çinin məlumatına görə, layihə bütün beynəlxalq tərəfdaşlar üçün açıqdır.
Ülviyyə, Hurriyyet.az