📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan və Özbəkistan ticarət dövriyyəsini 10 milyard dollara çatdırır

2022-12-21 14:35:00

Qazaxıstan və Özbəkistan ticarət dövriyyəsini 10 milyard dollara çatdırır

Qazaxıstan və Özbəkistan ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq niyyətindədirlər. Belə ki, son illərdə o, iki dəfədən çox artıb və ilin sonuna kimi 5 milyard dollara yaxınlaşacaq.
Özbəkistanın İnvestisiya Nazirliyinin rəhbəri bildirib ki, ölkələrin iqtisadiyyatları səmərəli şəkildə bir-birini tamamlaya bilər. Əməkdaşlıq üçün perspektivli sahələr avtomobil sənayesi, elektronika və elektrotexnika, energetika, əczaçılıq, kimya və toxuculuq sənayesi, tikinti materiallarının istehsalıdır.
Bu gün ölkələr arasında ümumi dəyəri 3 milyard dollardan çox olan 30-dan çox birgə layihə həyata keçirilir.
Qazaxıstanda Özbəkistan kapitalının iştirakı ilə 1400 müəssisə fəaliyyət göstərir. Qonşu respublikada Qazaxıstan kapitalının iştirakı ilə 1200-ə yaxın müəssisə yaradılıb.
Ülviyyə, Hurriyyet.az