Qazaxıstan xronikası: 95 nəfər polis yaralanıb, 200 nəfər etirazçı həbs edilib
2022-01-05 19:26:00
Qazaxıstandakı kütləvi etirazların gedişində 200 nəfərdən artıq nümayişçi həbs olunub.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti verib. Açıqlamada deyilir: “13 fakt üzrə hakimiyyət nümayəndələrinə qarşı zorakılıq, xuliqanlıq, dövlət orqanlarının binalarına hücum qeydə alınıb, təhqiqat başlanıb”.
Qazaxıstan DİN-in məlumatında etirazlar zamanı 95 nəfər polis əməkdaşının zədələndiyi bildirilir.
Hürr Tərcüman
Hurriyyet.az