Qazaxıstana erməni ordusu yeridilir
2022-01-06 16:33:00
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının heyətində Ermənistan Qazaxıstana 70 nəfərə yaxın sülhməramlı göndərəcək. Bu barədə məlumatı “Sputnik Ermənistan” informasiya agentliyi yayıb.
Agentliyin Teleqram kanalında deyilir: “Erməni hərbçiləri KTMT-nin sülhməramlı qüvvələrinin heyətində Qazaxıstana yola düşüblər”. Agentliyin açıqlamasında 70 erməni hərbçisinin göndəriləcəyi bildirilir. Hərbçilər Qazaxıstandakı kütləvi etirazlar fonunda strateji əhəmiyyətli obyektlərin mühafizəsini təmin edəcəklər.
Hürr Tərcüman