Qazaxıstanda 8 polis işçisi və Milli Qvardiyanın əsgəri həlak olub, güc strukturlarının yüzlərlə əməkdaşı yaralanıb
2022-01-06 10:35:00
Hurriyyet.az xəbər verir ki, Qazaxıstandakı iğtişaşlar zamanı 8 nəfər polis işçisi və 1 nəfər Milli Qvardiya əsgəri həlak olub. Bu barədə məlumatı Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi verib.
Polisin və güc strukturlarının 317 nəfər əməkdaşı yaralanıb. Qazaxıstan DİN ölkə vətəndaşlarını iğtişaşçıların vandalizm və talançılıq əməllərinə qoşulmamağa, təxribatlara uymamağa çağırıb.
Baş verənlər nəticəsində ölənlərin olduğu barəsində xəbəri ölkə Prezidenti Kasım-Jomart Tokayev də xalqa müraciətində bildirib.
Hürr Tərcüman