“Qazaxıstanda baş verənlər bu ölkənin daxili işidir” - DMİTRİ PESKOV
2022-01-05 17:07:00
Qazaxıstan hakimiyyəti ölkədə baş verənlərə görə Rusiyadan kömək istəməyib. Və orada baş verənlər bu ölkənin daxili işidir. Hurriyyet.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə belə deyib.
“Əminik ki, qazaxıstanlı dostlarımız öz daxili problemlərini özləri müstəqil həll edə biləcəklər. Mühüm olanı odur ki, heç kim situasiyaya kənardan müdaxilə etməsin”, - Peskov bildirib.