📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanda dubinkalı nümayişçilər polisləri döydülər

2022-01-05 12:23:00

Qazaxıstanda dubinkalı nümayişçilər polisləri döydülər

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, Qazaxıstanın keçmiş paytaxtı olan Almatı şəhərində polis ilə nümayişçilər arasında toqquşma başlayıb.  “RİA Novosti”nin müxbirinin sözlərinə görə, nümayişçilər bir neçə polisi tutaraq döyüblər. Daxili İşlər Nazirliyinin əməkdaşları şəhərin mərkəzinə aparan yollarda əllərində dubinkalar olarn yüzlərlə nümayişçini dayandırıblar. Onlara qarşı işıq-küy qumbaralarından və xüsusi vasitələrdən istifadə olunur.

Qazaxıstanın bəzi mətbuat orqanları nümayişçilərin Almatı şəhər icraiyyə hakimiyyətinin binasını ələ keçirdiklərini yazıblar.

Yanvarın 1-dən etibarən maye qazın ikiqat bahalaşması Qazaxstanda kütləvi etiraz aksiyalarının keçirilməsinə səbəb olub. Etirazlar fonunda Qazaxıstan  Respublikasının Prezidenti hökumətin istefasını qəbul edib. Bu gün səhər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı rayonunda, həmçinin Manqistau vilayətində fövqəladə vəziyyət rejimi elan edib.

Hürr Tərcüman