Qazaxıstanda ekstremizmdə şübhəli bilinən 5 vətəndaş saxlanılıb
2024-08-08 11:29:18
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (DTK) terrorizmi təbliğ etməkdə və dini ekstremist təşkilatın fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 5 ölkə vətəndaşını saxlayıb. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin saytı xəbər verib.
Axtarışlar zamanı dini ədəbiyyat, silah və sursat götürülüb. Saxlanılanlardan ikisinin qətl, quldurluq və xuliqanlıq maddələri ilə məhkumluğu var. Digəri isə əvvəllər xarici dövlətin ərazisində hərbi əməliyyatlarda iştirak edib.
Ülviyyə, Hurriyyet.az