📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

2022-09-05 21:04:00

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Qazaxıstanın şimalındakı Kostanay bölgəsində 3 gün bundan əvvəl başlanan yanğınlarla mübarizə davam edir. Kostanay rəhbərliyinin mətbuat xidmətinin açıqlamasında yanğın baş verən rayonda fövqəladə vəziyyət elan edildiyi bildirilib. 800 nəfər yanğın bölgəsindən köçürülüb.

Təxliyyə edilənlər arasında 200 nəfər məktəblərdə yaşamağa davam edir. İnsanların bir qismi təhlükə sovuşandan sonra evlərinə qayıdıb. Alovlanmış 108 binadan 98-i tamamilə yanıb.

Dövlət zərərçəkmişlərə yeni ev verilməsi və ya təzminat ödənməsi variantlarından birini seçməyi təklif edib.

Yanğın nəticəsində 43 hektar ərazi külə dönüb, 10 nəfər yaralanıb. Ölkədə yardım kampaniyası başladılıb.

Hürr Tərcüman