Qazaxıstanda generalın intihar elədiyi iddia olunur
Onu general-mayor rütbəsinə N.Nazarbayev layiq görmüşdü
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanın Daxili İşlər Nazirliyi ölkənin Jambıl vilayətinin polis rəisi, general Janat Süleymenovun ölüm xəbərini yayıb. Onun intihar elədiyi iddia olunur. Taraza şəhərindəki iğtişaşlardan sonra Süleymenova qarşı cinayət işi qaldırılmışdı. Generalın nəşi Taraza şəhərində tapılıb.
Faktla bağlı araşdırma başlayıb. 1962-ci il iyulun 22-də anadan olmuş Janat Süleymenov 2017-cu ilin dekabrından 2019-cu ilin aprelinə qədər olan dövrdə Qazaxıstanın Daxili İşlər nazirinin birinci müavini vəzifəsini icra edib. 2018-ci ildə o zamankı Prezident Nursultan Nazarbayevin fərmanı ilə Süleymenova polis general-mayoru rütbəsi verilmişdi. Süleymenov dəfələrlə medallarla təltif edilib.
Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsinin polkovniki Əzəmət İbrayev də öz evinin qarşısında ölmüş vəziyyətdə tapılıb: https://hurriyyet.az/az/post/polkovnike-qarsi-sui-qesd-qazaxistanda-milli-tehlukesizlik-zabiti-evinin-qarsisinda-oldurulub-356581
Hürr Tərcüman