📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanda hökumət istefa verdi, fövqəladə vəziyyət elan edildi

2022-01-05 09:50:00

Qazaxıstanda hökumət istefa verdi, fövqəladə vəziyyət elan edildi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, ölkədə baş verən etirazlar fonunda Qazaxıstan  Respublikasının Prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. Dövlət başçısının saytında dərc edilən fərmanda Baş nazir vəzifəsinin icrası müvəqqəti olaraq Alixan Smailova tapşırılıb. Dövlət katibi postuna Prezidentin keçmiş köməkçisi Erlan Karin təyin edilib. Prezident Administrasiyası rəhbərinin keçmiş müavini Murat Nurtleu Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədrinin birinci müavini təyin edilib. Yeni Nazirlər Kabineti yaradılana qədər hökumətin digər üzvləri vəzifələrini icra eləməyə davam edəcəklər.

Bu gün səhər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı rayonunda, həmçinin Manqistau vilayətində fövqəladə vəziyyət rejimi elan edib.

Xəbər verildiyi kimi, yanvarın 1-dən etibarən maye qazın 2 dəfə (60 təngədən 120 təngəyə qədər) bahalaşması Qazaxıstanda kütləvi etirazlara səbəb olub.

Hürr Tərcüman