📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanda iğtişaşı ABŞ qrantları yaratdı - Rasmussen

2022-01-08 10:10:00

Qazaxıstanda iğtişaşı ABŞ qrantları yaratdı - Rasmussen

Amerikanın Qazaxıstanın qeyri-kommersiya təşkilatlarına demokratiyanın inkişafı üçün ayırdığı qrantlar bu ölkədəki hazırki etirazların təşkilində müəyyən rol oynaya bilər.

Hurriyyet.az xəbər verir ki, bu sözləri ABŞ-ın Avrasiya Mərkəzinin vitse-prezidenti Erl Rasmussen deyib.

“Görünür, amerikan fondları və xarici qeyri-kommersiya təşkilatları çətin durumda olan ölkədə yaxşı iş icra etdilər. Britaniyanın 85-dən çox qeyri-kommersiya təşkilatı Qazaxıstanda fəaliyyətdədir və vətəndaş cəmiyyəti və hüququn aliliyi üçün kifayət qədər vəsait ayırır. ABŞ və Avropa ölkələrinin maliyyələşdirdiyi vətəndaş cəmiyyəti təşkilatlarının sayının 38 min olduğu deyilir”, - deyə Rasmussen bildirib.