📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanda matəm elan edildi

2026-09-24 21:55:12

Qazaxıstanda matəm elan edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində hərbi qulluqçuların həlak olması ilə əlaqədar 25 sentyabr tarixini milli matəm günü elan edib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə qərarı prezidentin mətbuat xidməti açıqlayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb. Məlumata görə, hərbçilərdən 9-u həlak olub, 3-ü xilas edilib, qalan 7-nin axtarışları davam etdirilir.