📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanda matəm günü elan edildi

2022-01-08 13:02:00

Qazaxıstanda matəm günü elan edildi

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti  Kazım Jomart Tokayev etiraz nümayişləri zamanı qurban gedənlərin xatirəsinə yanvarın 10-unu ölkədə ümummilli matəm günü elan edib. Bu barədə məlumatı Prezidenti mətbuat katibi Berik Uali verib. Uali “Feysbuk” səhifəsində yazıb: “Ölkənin bir sıra regionlarında baş vermiş faciəvi hadisələr zamanı çox sayda insanın qurban getməsi ilə əlaqədar Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev 2022-ci il yanvarın 10-unu ümummilli matəm günü elan etməyi qərara alıb”.

Hürr Tərcüman