📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanda NATO mərkəzi açıldı – Kremldən reaksiya

2023-10-25 16:42:48

Qazaxıstanda NATO mərkəzi açıldı – Kremldən reaksiya

Kreml Qazaxıstandakı NATO-nun sülhməramlı əməliyyatlar mərkəzi barədə daha ətraflı məlumat toplamalıdır, biz onu Astanadakı dostlardan alacağımızı gözləyirik.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə, biz hələ də daha ətraflı məlumat toplamağa ehtiyac duyuruq. Sülhməramlı missiyaların öz xüsusiyyətləri var. Qazaxıstan hərbçiləri sülhməramlı əməliyyatlarında dünyanın müxtəlif yerlərində iştirak edir. Astanadan olan dostlarımızdan əlavə məlumat alacağımıza ümid edirik”, - o bildirib.

Qeyd edək ki, ABŞ-ın Qazaxıstandakı səfiri Astanada “NATO-nun sülhməramlı əməliyyatlar mərkəzi” açdığını bildirib./axar.az/