📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanda partlayış olub - Yaralananlar var

2026-02-16 10:12:39

Qazaxıstanda partlayış olub - Yaralananlar var

Qazaxıstanın Jetısu vilayətinin Qarabulaq kəndindəki ərzaq mağazasında partlayış olub.

Hurriyyet.orgQazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Departamenti məlumat yayıb.

"Mağazada partlayış olub, lakin yanğın baş verməyib. Nəticədə divarın və damın bir hissəsi uçub", - xilasetmə xidmətləri bildirib.

Hadisə nəticəsində yaralanan üç nəfər xəstəxanaya çatdırılıblar.

Partlayış yerinə Fövqəladə Hallar Departamentinin 27 əməkdaşı və altı texnikası cəlb edilib.