Qazaxıstanda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb
2022-10-21 22:56:00
Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydiyyatını başa çatdırıb.
Qeydiyyat rəsmi olaraq yerli vaxtla saat 18:00-da başa çatıb və bundan sonra ölkədə seçkilər ərəfəsində "sükut günü"nə qədər (noyabrın 19-u saat 00:00-a qədər) davam edəcək təşviqat kampaniyası başlayıb.
MSK-nın iclasında komissiya üzvləri qanunvericiliklə nəzərdə tutulmuş sənədləri tam təqdim etmədiklərinə görə üç namizədi qeydiyyata almayıblar. Beləliklə, altı namizədə, o cümlədən hazırkı prezident Kasım-Jomart Tokayevə təşviqat kampaniyası aparmağa icazə verilib. \\Report