📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanda referendumun tarixi məlum oldu

2026-02-11 18:05:18

Qazaxıstanda referendumun tarixi məlum oldu

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-i ölkənin yeni konstitusiyası üzrə referendumun keçirilməsi haqqında Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sənəd Qazaxıstan prezidentinin saytında dərc olunub.

“2026-cı il martın 15-də respublika referendumu keçirilsin. Respublika referendumuna Qazaxıstan Respublikasının yeni Konstitusiyasının layihəsi aşağıdakı sual ifadəsi ilə çıxarılsın: “Layihəsi 2026-cı il fevralın 12-də kütləvi informasiya vasitələrində dərc edilmiş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?”, - Fərmanda deyilir.