📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanda Süni İntellekt Nazirliyi yaradıldı

2025-09-18 21:06:42

Qazaxıstanda Süni İntellekt Nazirliyi yaradıldı

Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb.

Bu barədə prezident Qasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Ölkə rəhbəri Rəqəmsal İnkişaf Nazirliyinin Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə çevrilməsi barədə sərəncam verib.

Hökumətə dövlət orqanlarında kadrların yenidən bölüşdürülməsini təmin etmək tapşırılıb. \\Cebheinfo.az