📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanda uşaq əyləncə mərkəzində yanğın baş verdi

2026-03-03 21:04:18

Qazaxıstanda uşaq əyləncə mərkəzində yanğın baş verdi

Qazaxıstanın Semey şəhərində uşaq əyləncə mərkəzində yanğın baş verib.

Hurriyyet.info xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin (FHN) "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, hazırda 120 yanğınsöndürən gücləndirilmiş iş rejimində çalışır.

Qeyd olunun ki, ilk yanğınsöndürmə bölmələri hadisə yerinə gələn zaman bina artıq açıq alovla yanıb. Hazırda yanğın lokallaşdırılıb. Qurumdan dəqiqləşdiriblər ki, yanğının söndürülməsini yüksək yanğın yükü, qatı tüstülənmə və binanın konstruktiv xüsusiyyətləri çətinləşdirir. Ticarət mərkəzi administrasiyasının məlumatına görə, insanlar binadan müstəqil şəkildə təxliyə olunublar. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.