📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstanda uşaq kapitalının yaradılması təklif edilir

2023-08-08 15:24:00

Qazaxıstanda uşaq kapitalının yaradılması təklif edilir

Qazaxıstanda uşaq kapitalının yaradılması təklif edilir. Belə ki, Qazaxıstanlı ictimai fəal Gülnar Umarova ölkənin təhsil sistemində uşaq kapitalının yaradılmasını təklif edib.

Onun sözlərinə görə, bu, məktəblilərin valideynlərinə dövlət xərclərinin hesabını aparmağa kömək edəcək.

Umarova bu fikri təhsilin kəskin problemlərinə həsr olunmuş mətbuat konfransında bölüşüb. Umarova “uşaq kapitalı” dedikdə, bankın şəxsi hesabında büdcə pullarının uşaqlara necə xərcləndiyini görmək imkanı verən sistemi nəzərdə tutur.

“Biz bilməliyik ki, uşağın doğulmasından etibarən dövlət onun üçün nə qədər pul ayırır: doğuma, tibbi sığortaya, məktəbə və s. Belə ki, hər qəpik izlənsin. Çünki indi valideynlər nə qədər pul ayrıldığını bilmirlər”, deyə ictimai fəal bildirir.

Umarova həmçinin uşaq hüquqlarının müdafiəsi və təhsildə keyfiyyətin təmin edilməsi komitələrinin Təhsil Nazirliyinin tərkibindən çıxarılmasını təklif edib.

Ülviyyə, Hurriyyet.az