“Qazaxıstanda vəziyyət nəzarət altındadır” – Milli Təhlükəsizlik Komitəsi
2022-01-10 14:07:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti ölkədəki vəziyyətin nəzarət altına alındığını bəyan edib. Açıqlamada Almatı, Qızılorda, Taldıkorqan və Taraz şəhərlərindəki dövlət idarələrinin, strateji obyektlərin hamısının hökumətin nəzarətində olduğu bildirilir.
Mətbuat Qazaxıstanda supermarketlərin və ictimai nəqliyyatın normal iş rejiminə qayıtdığını yazır.
Hürr Tərcüman