Qazaxıstanda zəlzələ
2024-01-07 13:43:12
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu gün səhər saatlarında Qazaxıstanda 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar Almatı şəhərindən 55 km məsafədə, 10 km dərinlikdə baş verib.
İlkin məlumata görə, zərərçəkən yoxdur.
Hürr Tərcüman