📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstandakı etirazların əsl hədəfi Rusiyadır

2022-01-05 13:47:00

Qazaxıstandakı etirazların əsl hədəfi Rusiyadır

Qazaxıstandakı etiraz aksiyalarında London və Vaşinqton regional komitələrinin əli var.

Hurriyyet.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Boris Çernışov deyib.

Onun sözlərinə görə, iğtişaşlara səbəb Qazaxıstan hakimiyyətinin Kremllə əməkdaşlıq kursuna sadiqliyi olub:

“London və Vaşinqton regional komitələri Qazaxıstan liderlərinin birliyini, Moskva ilə əməkdaşlıq kursuna sadiqliyini bəyənmir”.

Deputat bildirib ki, insanlar “iqtisadi səbəblərə” görə meydana çıxarılıb, amma sonra siyasi şüarlar səsləndirməyə başlayıblar.